“Azəryol” sönmüş ulduzlarla “gücləndi”

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Nur” kimi əcnəbilərə bel bağlayan Bakı təmsilçisi daha 2 legionerlə anlaşıb.

 

Belə ki, belaruslu İrina Sutirka və Valentina Yankovskaya da “Çelenc Cup”da “Azəryol”un şərəfini qoruyacaq. Artıq hər 2 oyunçu Avropa Həndbol Federasiyası üçün sifariş də edilib.

 

30 yaşı olan Yankovskaya yeni komandasında 87 nömrəli formanı geyinəcək. Onun karyerası əsasən ölkəsi və Rusiya klubları ilə bağlıdı. Ciddi uğurları olmayan Valentina son 2 mövsümdə avrokubokda da oynamayıb.

 

O, həmçinin qalmaqalları ilə də həmişə diqqət mərkəzində olub. Yankovskaya 2012-ci ildə “Astraxanoçka”da oynayan zaman milliyə zədə səbəbindən qoşula bilməyəcəyini açıqlayıb. Lakin belindən şikayətlənən oyunçu klubunun heyətində meydana çıxmaqla, həmyerlilərinin qəzəbinə tuş gəlib.

 

Sutirka da 1987-ci il təvəllüdlüdü. Onun karyerası yalnız Belarus “Qorodniçanka”sı ilə bağlıdı. İrina da son 2 mövsümdə avrokubokda çıxış etməyib və “Azəryol”da 3 nömrəli formada mübarizə aparacaq.

 

Beləliklə, ABU-nun xələfinin iştirak ərizəsində həndbolçuların sayı 17-yə çatıb. Onlardan 11-i isə 4 ölkənin vətəndaşlarıdı. Çox güman ki, “Azəryol” da “Çelenc Cup”ın III təsnifat mərhələsində Lüksemburq “Dudelanj”ına qarşı ancaq legionerləri meydana buraxacaq.

 

Qeyd edək ki, ötən həftə əcnəbilərin cəmləşdiyi “Nur” bir yerli oyunçu olmadan Danimarka “Viborq”una biabırçı hesabla uduzub.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 15 12 2 1 25-6 38

2.

Qəbələ

15 10 2 3 28-14 32

3.

Zirə 15 9 4 2 24-12 31

4.

Sumqayıt

15 6 3 6 18-18

21

5.

Neftçi

15

6 1 8 18-16 19

6

Səbail 15 4 2 9 10-22 14

7.

Keşlə

15

2 3 10 10-25 9

8.

Kəpəz

15 2 1 12 10-30 7
               

 

Top 10