[b]“Atletiko”nun işi heç də asan olmayacaq” - “Neftçi”nin legioneri[/b]
17.10.2017 - 11:02
[b]“Atletiko”nun işi heç də asan olmayacaq” - “Neftçi”nin legioneri[/b]

“Qarabağ” çox yaxşı komandadı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi İqnasio Errera İspaniya mətbuatına açıqlamasında deyib.

 

Çilili futbolçu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah baş tutacaq “Qarabağ” – “Atletiko” görüşünü dəyərləndirib.

 

30 yaşlı oyunçu Bakı Olimpiya Stadionunda “Atletiko”nu çətin oyunun gözlədiyini söyləyib: “Qarabağ” yüksək səviyyəli futbolçulardan qurulmuş komandadı. Onlar rəqib üçün vəziyyəti çətinləşdirməyi bacarırlar. Bu baxımdan “Atletiko”nun işi Bakıda heç də asan olmayacaq”.

 

Qeyd edək ki, İqnasio Errera 2008-2009-cu illərdə İspaniyada “Betis”in B komandasında çıxış edib.

0