[b]Yığmamız Tiranadan başlayır[/b]
17.10.2017 - 12:45
[b]Yığmamız Tiranadan başlayır[/b]

17 və 19 yaşadək oğlanlar, həmçinin 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmalarının Avropa çempionatlarının seçmə mərhələlərindəki uğursuz çıxışından sonra daha bir millimiz qitə arenasına çıxacaq. Apasport.az saytının məlumatına görə, qızlardan ibarət U-19 yığmamızın oyunlarının vaxtı və yeri dəqiqləşib.

 

Albaniyada mübarizə aparacaq IV qrupda qüvvəsini sınayacaq. Vüqar Əsgərlinin baş məşqçisi olduğu millimiz oktyabrın 25-də Ukrayna ilə görüşəcək. 3 gün sonra İspaniya önünə çıxacaq yığmamız ilk iki matçını Tiranada keçirəcək.

 

Komandamızın Albaniya ilə son turdakı matçı isə Durresdə təşkil olunacaq.

 

Qeyd edək ki, seçmə mərhələdə öz qrupunda ilk iki yeri tutan komandalar, həmçinin ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibi elit-raunda vəsiqə qazanacaq.

 

19 yaşadək qızlar arasında Avropa çempionatı

Seçmə mərhələ, IV qrup

I tur, 25 oktyabr

16:00. Azərbaycan - Ukrayna

Tirana. Kamza stadionu

18:00. İspaniya - Albaniya

Durres. Niko Dovana stadionu

 

II tur, 28 oktyabr

16:00. İspaniya – Azərbaycan

Tirana. Kamza stadionu

18:00. Ukrayna – Albaniya

Durres. Niko Dovana stadionu

 

III tur, 31 oktyabr

19:00. Ukrayna - İspaniya

Tirana. Kamza stadionu

19:00. Albaniya – Azərbaycan

Durres. Niko Dovana stadionu

 

 

0