[b]Cüdoçularımızın Zaqreb sınağı[/b]
17.10.2017 - 12:49
[b]Cüdoçularımızın Zaqreb sınağı[/b]

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında dünya birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Birincilikdə yığmamız 15 cüdoçu ilə təmsil olunacaq. Məşqçilər korpusu turnirdə Natiq Qurbanlı, Rəşxan Baxışəliyev (hər ikisi 55 kq), Kəramət Hüseynov, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaqub Cavadov, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 73 kq), Zelim Kotsoyev, Musa Şəkərəliyev (hər ikisi 100 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 48 kq), Nəzakət Əzizova, Buyanxişik Purevsuren (hər ikisi 52 kq) və İçinxorlu Munxtsedevə (57 kq) şans verəcək.

 

Qeyd edək ki, yarışa 87 ölkənin idmançılarının qatılması gözlənilir. 

0