[b]“Qarabağ” – “Atletiko”: “Siftə” gələcəkmi?[/b]
17.10.2017 - 14:19
[b]“Qarabağ” – “Atletiko”: “Siftə” gələcəkmi?[/b]

“Qarabağ”ın U-19 komandası Gənclər Liqasında sabah 3-cü oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası yolunun C qrupunda mübarizə aparan Rəşad Sadıqovun yetirmələri “Atletiko” ilə qarşılaşacaq.

 

İlk iki oyunda həm xala, həm də qola həsrət qalan U-19-lar arasında Azərbaycan çempionu meydana “siftə” üçün çıxacaq. Komandamız qol sevinci yaşasa, bu top Azərbaycan futbol tarixinə də düşəcək.

 

Çünki indiyədək Gənclər Liqasında iştirak edən təmsilçilərimizdən heç biri qol vurmayıb. “Rəvan”, “Qəbələ” və “Qarabağ” hərəyə 2 oyun keçirsə də, rəqib qapısına yol tapmayıb. Azərbaycan üçün 7-ci belə oyunda ilk gerçəkləşə bilər.

 

Keçirdiyi hər iki görüşdə böyük hesabla uduzan “Qarabağ” bu uğursuz tendensiyanı pozmağa çalışacaq. Sadıqovun yetirmələri “Çelsi”yə 0:5, “Roma”ya 0:3 hesablı yenilgini ikinci ev oyununda unutdurmaq üçün ən azı xal hesabını açmalıdı.

 

Qeyd edək ki, qrupun digər oyununda “Çelsi” “Roma”nı qəbul edəcək.

 

Gənclər Liqası

Çempionlar Liqası yolu

C qrupu, III tur

18 oktyabr

14:00. “Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya)

Baş hakim: Vitali Meşkov

Baş hakimin köməkçiləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

UEFA nümayəndəsi: Tamar Çixinadze (Gürcüstan)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

Bakı. “Qarabağ” stadionu

 

1

Çelsi

2

2

0

0

8-1

6

2

Atletiko

2

1

0

1

3-4

3

3

Roma

2

1

0

1

4-2

3

4

Qarabağ

2

0

0

2

0-8

0

 

0