[b]“Milan” və “Yuventus” baş məşqçisini dəyişir[/b]
17.10.2017 - 14:50
[b]“Milan” və “Yuventus” baş məşqçisini dəyişir[/b]

İtaliya nəhəngləri “Milan”la “Yuventus” baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hər iki klub qış fasiləsinə qədər planlarını həyata keçirmək fikrindədi.

 

Mövsümə o qədər də yaxşı start götürməyən “Yuventus”da Massimiliano Alleqrinin postu laxlayıb. Karlo Ançelottinin işsiz qalmasından yararlanmaq istəyən “qoca sinyora” qısa müddətdə komandanı ona həvalə etmək niyyətindədi.

 

Uğursuz mövsüm keçirən “Milan” da məhz bu anı gözləyir. Vinçentso Montellaya daha 3 oyun vaxt verən “rossonyerlər” “Yuve”dəki dəyişiklikdən dərhal sonra Alleqrini komandanın “sükanı arxası”na gətirəcək. “Milan” rəsmiləri Alleqri ilə danışıqlara artıq start veriblər.

 

Qeyd edək ki, İtaliya A seriyasında 8 turdan sonra “Yuventus” 3-cü (19 xal), “Milan” isə 10-cu (12 xal) sırada qərarlaşıb.

 

0