[b]“Yeni müqavilə üçün bir fincan qəhvə bəsimdi” – ulduz futbolçu[/b]
17.10.2017 - 15:45
[b]“Yeni müqavilə üçün bir fincan qəhvə bəsimdi” – ulduz futbolçu[/b]

“Yuventus”un müdafiəçisi Corcio Kyellini karyerasını hazırkı komandasında davam etdirmək arzusundadı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu özü də klubundan yeni müqavilə təklifi gözləyir.

 

33 yaşlı futbolçu təklif gələcəyi təqdirdə, cari mövsümün sonuna qədər olan anlaşmasının müddətini uzatmaq üçün düşünməyəcəyini söyləyib: “Bu barədə hələ ki, söhbətimiz olmayıb. Ancaq yeni müqavilə üçün cəmi 5 dəqiqə vaxt və bir fincan qəhvə bəsimdi”.

 

Qeyd edək ki, Kyellini 2005-ci ildən “Yuventus”un formasını geyinir. 

0