[b]Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıtdı[/b]
17.10.2017 - 15:59
[b]Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıtdı[/b]

"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə başlayıb.

 

Sentyabrın 15-də "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, millinin də üzvü olan Ağayev “Neftçi”yə yayda “İnter”dən keçib.

 

0