[b]“Azərreyl”də müqavilə günü[/b]
17.10.2017 - 16:13
“Azərreyl” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Klubdan apasport.az saytına verilən məlumatına görə, “dəmiryolçular” baş məşqçi Famil Ağayev və libero Valeriya Məmmədovanın ardınca daha 5 voleybolçusu ilə müqaviləni yeniləyiblər.
Belə ki, yığmamızın hücumçusu Yekaterina Jidkova, liberosu Ceyran Əliyeva, blokçular Aynur Kərimova ilə Ayşən Abduləzimova və toppaylayıcı Şəfaqət Həbibova 2017/2018 mövsümündə də “Azərreyl”in uğurları üçün çalışacaqlar.
Qeyd edək ki, “Çelenc Cup”da oynayacaq “Azərreyl” bu oyunçulardan öncə Argentina millisinin hücumçusu Tanya Akosta ilə də 1 illik razılıq əldə edib.
0
0