[b]Premyer Liqada IX turun oyunlarının vaxtı açıqlandı[/b]
17.10.2017 - 16:20
[b]Premyer Liqada IX turun oyunlarının vaxtı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək tura “Səbail” və “İnter” arasında paytaxt derbisi ilə start veriləcək.

 

Turun son matçında isə “Qəbələ” ilə “Qarabağ” qarşılaşacaq. Turun mərkəzi oyunu oktyabrın 22-də saat 18:30-da başlayacaq.

 

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası

IX tur

20 oktyabr (cümə)

18:00. “Səbail” – “İnter”
“Dalğa Arena”

21 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu

17:00. “Sumqayıt” – “Zirə”
Sumqayıt şəhər stadionu


22 oktyabr (bazar)

18:30. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

0