SİZİN REKLAM BURADA

“Bizim üçün ölüm-qalım matçı olacaq” – Saul Niges

“Atletiko”nun formasını geyinmək mənim üçün əlavə motivasiyadı”. Apasport.az saytı xəbər verir ki, bunu “Atletiko”nun yarımmüdafiəçisi Saul Niges deyib. 


23 yaşlı hücumameyilli oyunçu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək matçı dəyərləndirib.

La Liqanın ötən turunda “Barselona” ilə görüşdə fərqlənən İspaniya millisinin üzvü bu gün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Bir neçə dəfə Çempionlar Liqasında final oyununda iştirak etmisiniz. “Qarabağ”la görüş də final xarakterlidi?
- Sabahkı qarşılaşma bizim üçün ölüm-qalım matçı olacaq. Bu da bizə fərqli motivasiya verir.

 

- “Barselona” ilə görüşdə qol vursanız da, 1 xalla kifayətləndiniz...
- Çalışıram ki, hər oyunda komandamıza xeyir verim. İlk növbədə, klubumu və azarkeşləri düşünürəm. Sabahkı matçda da sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik.

 

- Sabahkı oyun və Bakı haqda təəssüratlarınız necədi?
- Şəhəri hələ gəzməyə vaxtımız olmayıb. Bir neçə il əvvəl burda olmuşuq. Bakını gözəl şəhər kimi tanıyıram. Bizim üçün həlledici oyun olacaq. Burdan 3 xalla ayrılmağa çalışacağıq.

 

- Bu cür komandalar “Atletiko”ya başağrısı olublar. Belə matça köklənmək çətin deyil?
- Bizdə belə təcrübə var. Çalışacağıq bundan istifadə edək. Rəqib evdə, azarkeşləri önündə oynayacaq. Çox qaçacaqlar ki, sərfəli nəticə əldə etsinlər. Buna baxmayaraq, bizim hədəfimiz qələbədi.

 

- Hücumameyilli oynamaq sizə daha rahatdı?
- Meydanda olanda düşünmürəm ki, hücumda təhlükəli olum. Yeganə məqsədim həm müdafiədə, həm də hücumda komandama xeyir verməkdi.

 

- İlk iki matçdan sonra 1 xalınız var. Bu təzyiq oyununuza mənfi təsir göstərə bilərmi?
- Özümüz özümüzü çətin vəziyyətə salmışıq. Bu durumdan çıxmalıyıq. İlk dəqiqələrdə qol vurmağa çalışacağıq ki, qalan vaxtda daha rahat oynayaq.

 

- Baş məşqçiniz də vaxtilə sizin mövqeyinizdə çıxış edib. Oyunçu kimi formalaşmağınızda onun nə kimi rolu olub?
- Ona təşəkkür edirəm. Simeonenin dövründə burda debüt etmişəm. Baş məşqçinin etimadını doğrultmaq çətin olub. Bu mərhələdən sonra mənə burda oynamaq asanlaşıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10