[b]Türk iş adamı Premyer Liqada klub alır?[/b]
17.10.2017 - 19:35
[b]Türk iş adamı Premyer Liqada klub alır?[/b]

Satışa çıxarılan İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl”ı türk iş adamı ala bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

 

“Evening Standard” portalında gedən məlumatda çinli milyonçularla yanaşı türk milyonçu Murat Ülkərin də klubu almağa namizəd olduğu bildirilib. O, İngiltərənin ən köklü klublarından biri olan “Nyukasl” üçün 220 milyon funt ödəməyə hazırdı.

 

Mənbə onu da qeyd edib ki, Ülkər gələn mövsüm transfer büdcəsi üçün 60 milyon funt ayıra biləcəyinə də söz verib.

 

Maraqlıdır ki, Türkiyə mətbuatı bu xəbəri təkzib edib. Bildirib ki, "Ulduz Holding"in İdarə Heyətinin sədri olan Murat Ülkərin belə bir planı yoxdur.

0