[b]Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bəlli oldu[/b]
17.10.2017 - 20:50
[b]Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bəlli oldu[/b]

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında dünya birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Birincilikdə yığmamız 15 cüdoçu ilə təmsil olunacaq. Artıq idmançılarımızın ilk rəqiblərinin adlarına aydınlıq gəlib.

 

Kişilər

55 kq

Natiq Qurbanlı – Takano Daiçi (Yaponiya)

Rəşxan Baxışəliyev – Adam İsaev (Rusiya)

 

60 kq

Kəramət Hüseynov – Şenqbum Jeon (Cənubi Koreya)/Angelo Pantano (İtaliya)

Əhməd Yusifov – Myaqmardorj Batgerel (Monqolustan)

 

66 kq

Yaqub Cavadov – Borxe Angelov (Makedoniya)

İsmayıl İbrahimov – Lovr Barisiç (Xorvatiya)/Hamza Caşari (Makedoniya)

 

73 kq

Hidayət Heydərov – Kristofer Vaqner (Avstriya)/Hideyuki İşiquka (Yaponiya)

Murad Fətiyev – Akılbek Serik (Qazaxıstan)

 

100 kq

Zelim Kotsoyev – Minçeol Çoi (Cənubi Koreya)

Musa Şəkərəliyev – Filip Milyeviç (Xorvatiya)

 

Qadınlar

48 kq

Gültac Məmmədəliyeva – Andrea Stoyadinov (Serbiya)

Leyla Əliyeva – Xorloo Battamir (Monqolustan)

 

52 kq

Nəzakət Əzizova – İkram Sukate (Mərakeş)

 

Buyanxişik Purevsuren – Nadejda Petroviç (Serbiya)

 

57 kq

İçinxorlu Munxtsedev – Vera Zemanova (Çexiya)

 

Qeyd edək ki, yarışa 87 ölkənin idmançılarının qatılması gözlənilir.

0