[b]Yığmamızın voleybolçusu Çempionlar Liqasına 13 xalla başladı[/b]
18.10.2017 - 09:29
[b]Yığmamızın voleybolçusu Çempionlar Liqasına 13 xalla başladı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2017/2018 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Azərbaycan millisinin blokçusu Olena Həsənova da meydana çıxıb.

 

Belə ki, voleybolçumuzun şərəfini qoruduğu Fransanın “Le Kann” klubu II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Belarus “Minçanka”sını qəbul edib. Gərgin keçən matç Minsk təmsilçisinin qələbəsi ilə başa çatıb. “Le Kann” 2:3 (22:25, 27:25, 25:22, 26:28, 13:15) hesabı ilə uduzub.

 

Bütün setlərdə meydanda olan Həsənova komandasına 13 xal qazandırıb.

 

Klublar arasında cavab matçı oktyabrın 21-də olacaq.

 

Qeyd edək ki, Azərbaycan klubları ardıcıl 5 mövsümdən sonra Çempionlar Liqasında iştirak etmirlər. 

0