[b]Millimizə inanılmaz müjdə[/b]
18.10.2017 - 09:37
[b]Millimizə inanılmaz müjdə[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən seçmə oyunlarında cəmi 1 xal toplayan komandamızın tur adlaması gözlənilməz olub.

 

Çünki ilk iki yerlə qarşılaşmalarda xal toplamayan yığmamızın beş ən yaxşı 3-cü yerin sahibi olması inandırıcı deyildi. Lakin öncə UEFA, ardınca AFFA-nın rəsmi saytı bu barədə xəbər dərc edib.

 

Qeyd edək ki, yığmamız İslandiyaya 0:2, İspaniyaya 0:3 uduzub və Monteneqro ilə bərabərə qalıb – 1:1.

 

0