[b]"Qarabağ" yenə böyük hesabla məğlub oldu - YENİLƏNİB[/b]
18.10.2017 - 15:51
[b]"Qarabağ" yenə böyük hesabla məğlub oldu - YENİLƏNİB[/b]

Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda I dövrəyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin III turunun oyunlarından biri Bakıda baş tutub.

 

Qitənin ən nüfuzlu klub turnirinə yüksələn “Qarabağ”ın U-19 komandası öz meydanında “Atleriko” ilə görüşüb. Əsas komandanın kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu gənclər ilk xal üçün mübarizə aparıblar.

 

Ancaq “Çelsi”yə 0:5, “Roma”ya 0:3 hesabı ilə uduzan ağdamlılar uğursuz seriyaya son qoya bilməyiblər. Ölkə çempionu yalnız Gənclər Liqasında qol vuran ilk Azərbaycan komandası kimi tarixə düşüb. Aftandil Hacıyevin meydana çıxardığı meydan sahiblərinin 1 qoluna qonaqlar 5 topla cavab veriblər.

 

Gənclər Liqası

Çempionlar Liqası yolu

C qrupu, III tur

18 oktyabr

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) - 1:5

Qollar: Yaroslav Deda, 18 - Karlos İsaak, 8; Oskar Klemente, 37; Toni Moya, 44; Aytor Punyal, 69; Alberto Salido, 88

Baş hakim: Vitali Meşkov

Baş hakimin köməkçiləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

UEFA nümayəndəsi: Tamar Çixinadze (Gürcüstan)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

Bakı. “Qarabağ” stadionu

“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 43. Davud Mahmudov, 54. İbrahim Hüseynov

Baş məşqçi: Rəşad Sadıqov

“Atletiko”: 1. Aleks dos Santos, 2. Karlos İsaak, 3. Fernando Kastanyaqa, 4. Aytor Punyal (k), 5. Fransisko Montero, 7. Salomon, 8. Toni Moya, 9. Covanni Navarro, 10. Oskar Klemente, 11. Xuan Aquero, 14. Adrian Ferreras Qarsiya

Ehtiyat oyunçular:  13. Errero Linares, 6. Mikel Karro, 12. Xose Karlos Aliaqa, 15. Xoakin Munyos, 16. Rodriqo Rikelme, 17. Endi, 18. Alberto Salido

Baş məşqçi: Manuel Kano Martin

 

 

1

Çelsi

2

2

0

0

8-1

6

2

Atletiko

3

2

0

1

8-5

6

3

Roma

2

1

0

1

4-2

3

4

Qarabağ

3

0

0

3

1-13

0

 

 

0