[b]Çempionlar Liqasında rekord təkrarlandı[/b]
18.10.2017 - 11:18
[b]Çempionlar Liqasında rekord təkrarlandı[/b]

Çempionlar Liqasının III turunun “Maribor” – “Liverpul” qarşılaşması yarışın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Sloveniyada keçirilən qarşılaşmada 7:0 hesablı qələbə qazanan İngiltərə klubu turnirin rekordunu təkrarlayıb.

 

Belə ki, “Liverpul”un qalib gəldiyi hesab Çempionlar Liqası tarixinin ən böyük hesablı səfər qələbəsidi. Bunadək eyni hesabla qalib gələnlər olsa da, qonaqlar daha böyük fərqə sevinməyib.

 

Ümumiyyətlə, 3-cü dəfə qonaq komanda 7 top fərqi ilə qalib gəlib. 2010-cu ildə “Marsel” “Jilina”nı, 4 il sonra “Şaxtyor” BATE-ni 7:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Çempionlar Liqasının ən böyük hesabı 2007-ci ildə “Beşiktaş”ı yenən “Liverpul” və 8 il sonra “Malmö”nu darmadağın edən “Real”a məxsusdu. Hər iki komanda öz meydanında 8:0 hesabı ilə qalib gəlib.

0