[b]Bu dəfə saxta rekord olmayacaq[/b]
18.10.2017 - 11:54
[b]Bu dəfə saxta rekord olmayacaq[/b]

Çempionlar Liqasının III turunun ilk oyun gününün qarşılaşmalarında qeydə alınan tamaşaçı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutan 8 matçda ən çox azarkeş Madridə toplaşıb.

 

“Real”ın “Tottenhem”lə qollu heç-heçəsini (1:1) 76 min 589 tamaşaçı izləyib. “Santyaqo Bernabeu”ya toplaşan ispaniyalılar, bununla “Qarabağ” – “Atletiko” matçının rekord vurmasına əngəl olublar.

 

II turun rekorduna imza atan Bakı Olimpiya Stadionu (BOS) “Qarabağ” – “Roma” görüşündə 67 min 200 seyrçi qəbul etmişdi. Bu rəsmi rəqəmin saxta olduğu, həqiqəti əks etdirmədiyi üzə çıxsa da, sənədlərdəki göstərici II tur üçün mütləq rekord kimi yadda qalıb.

 

Lakin ötən turun rekordçusu olan arena cəmi 68 min 700 tamaşaçı tutur. Bu da o deməkdi ki, BOS “Real” – “Tottenhem” oyunundakı göstəriciyə həsəd apara-apara qalacaq.

 

III turun arxada qalan ilk günündə elə yalnız bir oyunun göstəricisi “Qarabağ” – “Atletiko” qarşılaşması üçün əlçatmazdı. İkinci olan “Mançester Siti” – “Napoli” (48520), 3-cü göstəriciyə malik “Spartak” – “Sevilya” (44307) görüşlərini geridə qoymaq isə Azərbaycan çempionu üçün inandırıcı görünür.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

 

E qrupu

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7

(12506)

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1

(44307)

 

 F qrupu

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2

(43500)

 “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1

(48520)

 

G qrupu

“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2

(41496)

 “Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2

 (7403)

 

H qrupu

“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1

(76589)

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1

(15604)

 

 

0