[b]Azərbaycan çempionu üçün mümkün rəqib[/b]
18.10.2017 - 12:43
[b]Azərbaycan çempionu üçün mümkün rəqib[/b]

İrlandiya çempionu bəlli olub. Apasport.az saytının məlumatına görə, “Kork Siti” XXXI turda qızıl medalı təmin edib.

 

“Derri Siti” ilə qolsuz heç-heçə edən Kork təmsilçisi “Dandalk” üçün əlçatmaz olub. Belə ki, xal hesabını 73-ə çatdıran çempion finişə iki tur qalmış 7 xallıq üstünlük əldə edib.

 

Bununla da “Kork Siti” tarixinin 3-cü çempionluğunu qazanıb. 1992/93 və 2005-ci illərdə İrlandiyanın ən yaxşısı olan komanda 12 ildən sonra uğurunu təkrarlayıb. Son üç

mövsümdə gümüşlə kifayətlənən Kork təmsilçisi bu zəfəri ilə Çempionlar Liqasına vəsiqə qazanıb. İrlandiya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Azərbaycan çempionunun mümkün rəqiblərindən birinə çevrilib.

 

0