[b]AZARKEŞLƏRİN DİQQƏTİNƏ: “Qarabağ” - “Atletiko” matçından sonra...[/b]
18.10.2017 - 13:06
[b]AZARKEŞLƏRİN DİQQƏTİNƏ: “Qarabağ” - “Atletiko” matçından sonra...[/b]

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Atletiko” oyununu izləməyə gələcək azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Bu barədə apasport.az saytına məlumatı Ağdam klubunun baş meneceri Asif Əsgərov verib.

 

O bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə aparılan danışıqlar uğurla nəticələnib. Bakı Olimpiya Stadionunda baş tutacaq matçdan sonra fanatlar evlərinə rahat gedə biləcəklər. Belə ki, avtobuslar onları Qara Qarayev, 28 May və 20 Yanvar metro stansiyası yaxınlığına pulsuz aparacaq.

 

“Roma” ilə əvvəlki ev oyunundan fərqli, bu dəfə avtobuslar dayanacaqlarda deyil, stadionun ətrafında olacaq. Avtobus dayanacaqları üçün ayrılmış yerlər isə ictimai nəqliyyat üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da başlayacaq.

0