[b]Türkiyə Superliqası Azərbaycanda yayımlanmayacaq[/b]
18.10.2017 - 14:21
[b]Türkiyə Superliqası Azərbaycanda yayımlanmayacaq[/b]

Türkiyə Superliqasının oyunlarının Azərbaycanda yayımlanması baş tutmayıb. Apasport.az saytının məlumatına görə, bu, “CBC Sport” kanalının yaydığı açıqlamada öz əksini tapıb.

 

Belə ki, oyunların rəsmi yayım hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib.

 

Bir müddət əvvəl oyunların yayımlanacağını bəyan edən “CBC Sport” vədinə əməl edə bilməməsinin səbəblərini də açıqlayıb: “DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır”.

0