SİZİN REKLAM BURADA

557 dəqiqəlik həsrət bitdi: Yaxşı ki, legioner var

“Qarabağ”ın futbolçusu Yaroslav Deda Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, ukraynalı legioner təmsilçilərimizin Gənclər Liqasındakı ilk qolunun müəllifi olub.

 

Belə ki, Çempionlar Liqası yolunun qrup mərhələsinin III turunun hazırda davam edən “Qarabağ” – “Atletiko” oyununadək Azərbaycan komandaları bu turnirdə qola həsrət idi. 2015-ci ildə debüt etdiyimiz turnirdə 6 oyun keçirən komandalarınız ən yaxşı halda qolsuz heç-heçəyə sevinmiş, rəqib qapısına yol tapa bilməmişdi.

 

İlk iki ildə Moskva klubları keçilməz olub. Debüt ilində “Rəvan” “Spartak”ın, ötən il “Qəbələ” “Dinamo”nun qapıçısını iki oyunda məyus edə bilməyib. Bu uğursuz seriyanı davam etdirən “Qarabağ” isə “Çelsi” və “Roma” ilə matçlarda qola həsrət qalıb.

 

Bu, “Atletiko” ilə Bakıdakı görüşün ilk 17 dəqiqəsində də davam edib. 7-ci görüşdə qırılan qolsuzluq 547 quru dəqiqədən sonra vurulan topla qırılıb. Bugünlü görüşün 18-ci dəqiqəsində Deda madridliləri məyus edib.

 

Qeyd edək ki, “Qarabağ” davam edən qarşılaşmada İspaniya klubuna 1:2 hesabı ilə uduzur.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10