[b]Sosial şəbəkə vasitəsilə transfer[/b]
18.10.2017 - 16:56
[b]Sosial şəbəkə vasitəsilə transfer[/b]

İngiltərə futbolunda maraqlı hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, II liqa komandası “Nyuport Kaunti” klubu sosial şəbəkə vasitəsilə transfer həyata keçirib.

 

Belə ki, “Norviç”in yetirməsi olan Pol Heyz son klubu “Vikombe”dən avqust ayında ayrılıb. Bir müddət klubsuz qalan 34 yaşlı futbolçu “linkedin”də iş axtarışı ilə bağlı elan verdikdən sonra “Nyuport Kaunti” ilə anlaşıb.

 

Komandanın baş məşqçisi Maykl Flinn həmin elanın keçiddə böyük rol oynadığını etiraf edib: “Sosial şəbəkə artıq transferlərə ciddi təsir göstərməyə başlayıb. Heyz hələ də uğura ac futbolçudu. Onun komandamıza çox xeyri dəyəcək”.

0