[b]Yığmamız Tiflisdən 5 medalla qayıdır[/b]
18.10.2017 - 17:36
[b]Yığmamız Tiflisdən 5 medalla qayıdır[/b]

Kişi idman gimnastikası üzrə Azərbaycan millisinin Tiflisdə keçirilən beynəlxalq turnirdə iştirak edib. Gimnastika Federasiyasından apasport.az saytının məlumatına görə, komandamız yarışı 5 mükafatla başa vurub.

 

Yığmamızın hesabına ilk medalı Cavidan Babayev yazdırıb. O, sərbəst hərəkətlərdə 12.766 xal toplayaraq, turnirin gümüş medalına sahiblənib. İdmançımız növbəti uğurlu çıxışını halqalarda icra edərək, bürünc medal (12.666) qazanıb.

 

Təmsilçilərimizdən Səməd Məmmədli də yarışları 2 medalla başa vurub. Gimnastımız dəstəli atda gümüş (12.966), turnikdə isə bürünc medal (12.200) əldə edib.

 

Komanda yoldaşlarından geri qalmayan Sərvər Əliyev də yığmamızın hesabına parallel qollarda gümüş medal (13.033) yazdırıb.

 

Beləliklə, gimnastlarımız yarışı ümumi hesabda 3 gümüş, 2 bürünc medalla başa vurublar.

 

0