[b]Sentyabrın ən yaxşısı: nə Messi, nə Ronaldo...[/b]
18.10.2017 - 18:13
[b]Sentyabrın ən yaxşısı: nə Messi, nə Ronaldo...[/b]

İspaniya çempionatında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, ötən ayın ən güclüsü “Valensiya”nın hücumçusu Simone Zaza seçilib.

 

Aparılan sorğunun nəticəsində italiyalı forvard bütün rəqiblərini qabaqlayıb.

 

Qeyd edək ki, Zaza sentyabrda keçirilən 4 oyunda 4 qola imza atıb.

0