[b]“Neftçi”yə qarşı 3 itki ilə[/b]
18.10.2017 - 19:44
[b]“Neftçi”yə qarşı 3 itki ilə[/b]

Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” matça itkilərlə çıxacaq.  Apasport.az saytının məlumatına görə, komandada həm cəzalı, həm də zədəli futbolçuların xidmətlərindən məhrum olacaq. 


Ötən tur “Zirə” ilə matçda sarı vərəqə limitini dolduran Şəhriyar Əliyev cəzalı duruma düşüb. Bu səbəbdən müdafiəçi derbidə iştirak edə bilməyəcək. 
 
“Sarı-göylər”in daha 2 futbolçusu isə zədəlidi. İlkin Sadıqov və Samba Diallo məşqlərdən kənarda qalıb. Onların qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir. Zədədən qayıdan Əli Səmədov fərdi halda məşqlərə başlasa da, hazırlığı istənilən səviyyədə deyil.

 

Tural Rzayev ilə Azad Kərimovun durumu isə yaxşıdır. Kərimov dünəndən məşqlərdə iştirak edirsə, Rzayev bu gün komandaya qoşulacaq.

0