SİZİN REKLAM BURADA

“Bir qələbə qazansaq, nəyəsə ümid edə bilərik” – Tahir Gözəl

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Atletiko” ilə oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Bir xala görə “Qarabağ”ı təbrik eləmək olarmı?

- Hamınız şahid oldunuz, komandamız bir daha sübut elədi ki, Avropanın ən güclü rəqibləri ilə də başabaş oynamaq olar. Bu komanda bu gün adımızı, Azərbaycanımızı layiqincə təmsil etdi. Bu, xalqımızın gücüdü. Əminəm ki, dünya bu oyunu alqışlayacaq. Biz bu gün qürurla vidalaşırıq. Hesab edirəm ki, bu oyunu Madirddə də göstərə bilsək, nəticə ala bilərik.

 

- Yəqin ki, nəticə sizdə sevincdən çox təəssüf hissi yaradıb...

- Təbii ki elədi. Yaxşı imkanlarımız var idi, penalti epizodu da mübahisəli idi. Onlardan yararlana bilsəydik, daha yaxşı olardı. Hakimin göstərdiyi qırmızı vərəqə məni çox narahat etdi. “Atletiko” kimi komandaya qarşı 18 dəqiqə 10, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Mən hesab edirəm ki, biz bu oyunu udduq. Özümüzü qalib hesab edirik.

 

- Bu oyundan sonra Avropa Liqasına getmək üçün ümid yarandımı?

- Etiraf edək ki, ola biləcək ən ağır qruplardan birinə düşmüşük. Hesablara baxırıq 1 xalımız var. Önümüzdəki matçlara baxırıq, heç olmasa bir qələbə qazansaq, nəyəsə ümid edə bilərik. Ümumiyyətlə, hesab edirəm ki, şansımız var.

 

- Dino Ndlovu cəzalandı və cavab oyununda meydana çıxmayacaq. Bu, sizi narahat eləmir?

- Bizim üçün itkidi.

 

- Sizcə “Qarabağ” üçün ən uyğun rəqib “Atletiko”du?

- “Atletiko”nun xüsusilə əks hücumları çox məşhurdu. Çox yüksək, dünya səviyyəli komandadı. Buyaxınlarda “Barselona” ilə heç-heçə oynayan komandaya qarşı çıxış edirik.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10