[b]Yubileyində qovuldu[/b]
19.10.2017 - 01:00
[b]Yubileyində qovuldu[/b]

“Qarabağ”ın futbolçusu Dino Ndlovu yubileyini qeyd edib. Apasport.az saytının məlumatına görə, CAR-dan olan hücumçu Ağdam klubunun heyətində 50-ci matçını keçirib.

 

Bu yubiley Çempionlar Liqasının qrup mərhələsinin “Atletiko” ilə III tur oyununa təsadüf edib. İki il əvvəl transfer olunan Dina bunadək 49 dəfə “Qarabağ” forması geyinib.

 

Amma yubiley Ndlovu üçün uğursuz alınıb. O, 50-ci matçında qırmızı vərəqə alaraq meydandan qovulub.

 

Dino Premyer Liqada 30, Azərbaycan kubokunda 4, avrokuboklarda 16 oyunda meydana çıxıb. Onun hesabında ümumilikdə 22 qol var.

 

Qeyd edək ki, Ndlovunun qırmızı vərəqə aldığı oyun 0:0 hesabı ilə başa çatıb.

0