SİZİN REKLAM BURADA

“Oyunun açarını tapa bilmədik” – Dieqo Qodin

“Çalışdıq, axtardıq, şanslar yaratdıq, ancaq qol vura bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun müdafiəçisi Dieqo Qodin deyib.

 

Çempionlar Liqasının III turu çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşan Madrid klubu paytaxtımızdan 0:0 hesablı bərabərlik və xal itkisi ilə ayrılıblar.

 

Oyundan sonra açıqlama verən uruqvaylı müdafiəçi matçı təhlil edib: “İşimiz çətindir, ancaq optimistiliyimizdən əl çəkmirik. Qarşıdakı oyunlarda qələbə qazanıb qrupdan çıxmaq istəyirik. Madirddə yenidən “Qarabağ”la oynayacağıq. Həmin qarşılaşmada və ondan sonra da ancaq qələbə haqqında düşünəcəyik.

 

Elə bir vəziyyət yaranır ki, sən müdafiəni açmaqda çətinlik çəkirsən və əsəbləşməyə başlayırsan. Problemin həlli dayanmadan işləməkdə və məşq etməkdədir. Əgər özümüzə inanmasaq, bizim üçün çox çətin olacaq”.

 

Qodin “Qarabağ”ın çıxışını da tərifləyib: “Rəqib də güclü idi. Bir az imkan verən kimi öz bildiklərini oynamağa başladılar. Biz isə oyunu açacaq açarı tapa bilmədik”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10