[b]"Gəlin, hər dəfə səhvlərdən danışmayaq" - MÜSAHİBƏ[/b]
19.10.2017 - 02:00
[b]"Gəlin, hər dəfə səhvlərdən danışmayaq" - MÜSAHİBƏ[/b]

UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü oyununu keçirən “Qarabağ” “Atletiko”nu qəbul edib. Madrid təmsilçisi ilə matçı 10 nəfərlə başa vurmasına rəğmən, “Qarabağ” debüt etdiyi liqada ilk xalını qazanıb. Qolsuz heç-heçə ilə başa çatan matçdan sonra təmsilçimizin qapıçısı İbrahim Şehiç apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- İlk xalınızı qazandınız. Qolsuz başa çatan oyun haqda hansı məqamları qeyd etmək istərdiniz?

- Biz əvvəlki iki oyunla müqayisədə bu qarşılaşmaya daha yaxşı hazırlaşmışdıq. İlk oyunda “Çelsi”yə uduzduq və bu matçın stressi “Roma” ilə dueldə yaşandı. Ancaq bugünkü oyunda sübut etdik ki, bura əbəs yerə vəsiqə qazanmamışıq, biz də futbol oynamağı bacarırıq. Təbii ki, “Atletiko” kimi komandaya qarşı oynamaq heç də asan deyil. Onlar mürəkkəb komandadır. Çempionlar Liqasında ilk xalımızı qazandıq. Bununla da Azərbaycan futbolu, “Qarabağ” adına yeni bir addım atdıq. Buna görə də çox şadıq.

 

- Şad olduğunu vurğuladınız, amma qələbə qazana da bilərdiniz. Bu şansı qaçırdığınıza görə, təəssüflənmirsiniz?

- Əsas vacib olan xal hesabımızdakı sıfırı digər rəqəmlə əvəzləməyimiz idi. Çünki ilk iki oyunda çox pis nəticə əldə etmişdik. Artıq özümüzü sübut etməli, göstərməliydik ki, debütant olsaq da, oynamağı bacarırıq. Təbii ki, qol vurmaq üçün şansımız oldu. Amma futbolda bu cür epizodlardan bəzən faydalana bilmirsən. Əsas odur ki, biz turu xalla qapadıq.

 

- Oyunun gedişində bir neçə dəfə komandanızı qoldan xilas etsəniz də, kobud səhvə də yol verdiniz. Həmin anda topun meydanda çıxmasına şərait yaratmaq daha məqbul sayılmazdımı?

- Səhvlər futbolun tərkib hissəsidi. Gəlin, hər dəfə səhvlərdən danışmayaq. Bu gün qazandığımız xalı qeyd etsək, daha yaxşı olar.

0