[b]Messi 100-ə çatdı[/b]
19.10.2017 - 10:45
[b]Messi 100-ə çatdı[/b]

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi avrokuboklarda 100-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı Çempionlar Liqasının III turunun “Olimpiakos”la qarşılaşmasında fərqlənib.

 

Komandasının 3:1 hesablı qələbəsində 2-ci qolla pay sahibi olan Messi 100-ə çatıb. 61-ci dəqiqədəki qola qədər onun hesabında 99 top var idi.

 

Argentinalı Çempionlar Liqasında 97, Superkubokda 3 qola sevinib. O, 16 dəfə sağ, 80 dəfə sol ayağı, 4 dəfə başla rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, avrokubokların ən yaxşı bombardiri Kriştianu Ronaldodu. Portuqaliyalı 113 dəfə fərqlənib.

0