SİZİN REKLAM BURADA

“Qarabağ” – “Atletiko” matçı “Top-5”ə düşmədi

Çempionlar Liqasının III turunun ikinci oyun gününün qarşılaşmalarında qeydə alınan tamaşaçı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bununla da yekun vurulan turun ən çox izlənilən görüşləri müəyyənləşib.

 

Turun rekordu “Real”ın “Tottenhem”lə matçında qeydə alınıb  - 76 min 589 tamaşaçı. Dünən baş tutan “Bavariya” – “Seltik” qarşılaşmasını 70 min seyrçi izləyib.

 

Daha iki matçda bu rəqəm 50 mindən yüksək olub. “Benfika” – “Mançester Yunayted” oyununu 57 min 684, “Barselona” – “Olimpiakos” görüşünü 55 min 26 nəfər seyr edib. İlk “beşliy”i “Mançester Siti” – “Napoli” (48520) qarşılaşması tamamlayıb.

 

Bakıda keçirilən “Qarabağ” – “Atletiko” oyununda isə 47 min 923 tamaşaçı olub. Olimpiya Stadionundakı matç turda 6-cı yeri tutub.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

 

E qrupu

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7

(12506)

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1

(44307)

 

 F qrupu

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2

(43500)

 “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1

(48520)

 

G qrupu

“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2

(41496)

 “Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2

(7403)

 

H qrupu

“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1

(76589)

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1

(15604)

 

18 oktyabr

 

A qrupu

“Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1

(57684)

MOİK (Rusiya) - “Bazel” (İsveçrə) - 0:2

(27996)

  

B qrupu

“Anderlext” (Belçika) – PSJ (Fransa) - 0:4

(19108)

“Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) - 3:0

(70000)

 

C qrupu

“Qarabağ” (Azərbaycan) - “Atletiko” (İspaniya) - 0:0

(47923)

“Çelsi” (İngiltərə) - “Roma” (İtaliya) - 3:3

(41105)

 

D qrupu

“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya) - 2:1

(36288)

“Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) - 3:1

(55026)

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10