[b]Xorvatiya mundiala vəsiqə qazansa...[/b]
19.10.2017 - 13:30
[b]Xorvatiya mundiala vəsiqə qazansa...[/b]

“Bavariya”dan ayrıldıqdan sonra işsiz qalan Karlo Ançelotti fəaliyyətini yığma komandada davam etdirə bilər. Apasport.az saytı “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Xorvatiya millisinin “sükanı arxası”na keçmək şansı qazanıb.

 

Xorvatiya Futbol İttifaqı təcrübəli mütəxəssislə qısamüddətli müqavilə imzalamaq niyyətindədi. Belə ki, dünya çempionatının pley-offunda Yunanıstanla qarşılaşacaq “damalılar” mundialın final mərhələsinə vəsiqə əldə edəcəkləri halda, rəhbərlik komandanı Ançelottiyə təhvil vermək qərarına gəlib. İtaliyalı çalışdırıcı Xorvatiya millisinə yalnız dünya çempionatı ərzində başçılıq edəcək. Mundialdan sonra isə hazırkı məşqçi Zlatko Daliç öz postuna qayıdacaq.

 

Qeyd edək ki, Xorvatiya və Yunanıstan yığmalarının oyunları noyabrın 9-da və 12-də keçiriləcək. 

0