[b]“Azərreyl”də daha 2 müqavilə[/b]
19.10.2017 - 14:05
[b]“Azərreyl”də daha 2 müqavilə[/b]

“Azərreyl” daha 2 voleybolçu ilə müqaviləni rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, artıq yeni mövsümün hazırlığına başlayan “dəmiryolçular” almaniyalı Maqdalena Qrika və gənclərdən ibarət millimizin üzvü Nərmin Fərəcova ilə güclənib.

 

23 yaşlı Qrika Polşanın “Belsko-Byala” klubundan transfer olunub. 178 sm boya malik oyunçu toppaylayıcıdı. Polşa əsilli Maqdalena Almaniyanın aşağı yaş qruplarının formasını da geyinib və 2 dəfə dünya birinciliyinin finalında oynayıb.

 

Fərəcovanın transferi isə onun yığma üçün yetişməsinə hesablanıb. Ötən il “Lokomotiv”də oynayan libero aparıcı oyunçular arasında təcrübə toplamalıdı.

 

Beləliklə, “Azərreyl”in hələlik rəsmiləşdirdiyi “onluq” aşağıdakı kimidi:

 

Hücumçular: Yekaterina Jidkova, Anna Dovhopolyuk, 
Blokçular: Aynur Kərimova, Ayşən Abduləzimova, Stetlana Dorsman
Toppaylayıcılar: Maqdelana Qrika, Şəfaqət Həbibova,
Liberolar: Valeriya Məmmədova, Ceyran Əliyeva, Nərmin Fərəcova

0