Çempionlar Liqasında uğursuz çıxışını davam etdirən “Atletiko”nun Bakıda “Qarabağ”la bərabərə qalması (0:0) təkcə klubun azarkeşlərini qəzəbləndirməyib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, bu nəticə Madrid təmsilçisinin rəhbərliyini də narazı salıb.
Bu məqsədlə səhər saatlarında klubun bir neçə nümayəndəsi təcili bir araya gəlib. Toplantıda əsas müzakirə mövzusu “Qarabağ” qarşısındakı uğursuz çıxış olub. Zəif oyunla yanaşı, bəzi futbolçuların formadan uzaq olması və baş məşqçi Dieqo Simeonenin qərarları barədə də fikir mübadiləsi aparılıb. Maraqlıdı ki, yalnız qapıçı Yan Oblak və yarımmüdafiəçi Saul Nigesin oyunu barədə irad bildirilməyib.
Qeyd edək ki, Çempionlar Liqasının ilk 3 turunda “Atletiko” 2, “Qarabağ” isə aktivinə 1 xal yazdırıb.