[b]Bakıdan dönən kimi məşq[/b]
19.10.2017 - 16:59
[b]Bakıdan dönən kimi məşq[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la heç-heçə (0:0) edən “Atletiko” gecə saatlarında Azərbaycanı tərk edib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, komanda yerli vaxtla səhər saat 5-də Madridə çatıb.

 

Maraqlıdı ki, baş məşqçi Dieqo Simeone yetirmələrinə istirahət imkanı verməyib. Belə ki, komanda dərhal La Liqanın IX turunda “Selta” ilə keçiriləcək qarşılaşmanın hazırlığına start verib. Yalnız “Qarabağ”la matçda iştirak etməyən futbolçular meydanda tapşırıqları yerinə yetiriblər. Bakıdakı qarşılaşmada start heyətində oynayanlar isə trenajor zalında hazırlaşıblar. Əzələ zədəsi ucbatından dünənki görüşü buraxan yarımmüdafiəçi Kokə də onlarla birlikdə olub. Həmkarlarımız ən diqqətçəkən məqam kimi futbolçuların ahval-ruhiyyələrinin aşağı olduğunu göstəriblər.

 

Qeyd edək ki, “Selta” – “Atletiko” oyunu oktyabrın 22-də keçiriləcək.

0