[b]İlk xal “Qarabağ”a baha başa gəldi: Növbəti itki[/b]
19.10.2017 - 19:32
[b]İlk xal “Qarabağ”a baha başa gəldi: Növbəti itki[/b]

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə qarşılaşan “Qarabağ” matçdan 0:0 hesablı bərabərliklə ayrılıb. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qazandığı ilk xal komandamıza baha başa gəlib.

 

Belə ki, ağdamlılar sözügedən oyunda qırmızı vərəqə alaraq cəzalı vəziyyətə düşən Dino Ndlovudan sonra Bədavi Hüseynovun da xidmətindən məhrum olacaq. Müdafiəçi komanda yoldaşından fərqli olaraq daxili birincilikdə də komandasına kömək edə bilməyəcək.

 

Buna səbəb Hüseynovun “Atletiko” ilə oyunda zədələnməsidir. Qarşılaşmanın son dəqiqələrində rəqiblə mübarizədə xəsarət alan müdafiəçinin ayaq bağlarında problem yaranıb. “Qarabağ”ın mətbuat xidməti məlumatı təsdiqləyib.

 

Bu səbəbdən Bədavinin qarşıdakı 3-4 həftə ərzində meydana çıxmayacağı gözlənilir. Daha sonra təkrar müayinədən keçəcək oyunçunun oynayıb-oynamayacağı dəqiqləşəcək.

 

Bədavi Hüseynovun “Atletiko” ilə cavab oyununda meydana çıxmayacağı isə bəllidir.

0