[b]“Çelsi”nin futbolçusu hər kəsi qabaqladı[/b]
19.10.2017 - 21:15
[b]“Çelsi”nin futbolçusu hər kəsi qabaqladı[/b]

“Çelsi”nin futbolçusu Sesar Azpilikueta Avropanın beş böyük liqasında müdafiəçilər arasında ən çox qol ötürməsi verən oyunçudur. Apasport.az saytının məlumatına görə, 28 yaşlı ispaniyalı cari mövsüm artıq 4 dəfə komanda yoldaşına fərqlənmək üçün şərait yaradıb.

 

O, Premyer Liqanın “Everton” (2:0) və “Lester”lə (2:1) oyunlarında bir, “Stok Siti” ilə matçda isə iki dəfə asist edib.

 

Maraqlıdır ki, Azpilikueta yalnız bir oyunçuya, həmyerlisi Alvaro Morataya məhsuldar ötürmə edib. 

0