[b]“Sumqayıt”da 3 yeni futbolçu[/b]
20.10.2017 - 00:31
[b]“Sumqayıt”da 3 yeni futbolçu[/b]

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Samir Abasovun komandası bu gün növbəti məşqinə çıxıb.

 

“Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb. Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb.

 

Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması 21 oktyabr, saat 17:00-da start götürəcək.

0