Yığmamız Avropa çempionatına medalla başladı

Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, ölkəmizi təmsil etmək üçün Jeşuva yollanmış hər iki qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı “yunior” komandalar arasında balans proqramı üzrə finala vəsiqə qazanmağı bacarıblar. Lakin final mərhələsində yalnız bir cütlüyün iştirakı mümkün olduğundan məsuliyyətli vəzifəni icra etmək Ağasif və Nurcan cütlüyünün üzərinə düşüb. Həlledici mərhələdə akrobatlarımız onlara olan ümidləri layiqincə doğruldaraq, 27.900 xalla Avropa çempionatının bürünc medalı qazanıblar.

 

Bu gün isə hər iki cütlüyümüz növbəti iki final mərhələsi üçün mübarizəyə qoşulacaqlar. Temp proqramında yarışacaq gimnastlar öz aralarında məhz bu proqram üzrə turnirin son günü baş tutacaq final mərhələsinə vəsiqə qazanan cütlükləri, həmçinin iki proqram üzrə (balans və temp) xalların cəmindən asılı olaraq çoxnövçülükdə də finalçıları müəyyənləşdirəcəklər. 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10