Azərbaycan yığmasının rəqibi Əbu-Dabidə təşkil olunacaq turnirə əsas heyətlə qatılmayacaq
01.05.2008 - 13:43
Azərbaycan yığmasının rəqibi Əbu-Dabidə təşkil olunacaq turnirə əsas heyətlə qatılmayacaq
Bakı. Kənan Həsənov – APA-Sport. Rusiyanın voleybol üzrə qadınlardan ibarət milli komandası mayın 21-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək beynəlxalq turnirdə əsas heyətlə mübarizə aparmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 1 milyon ABŞ dolları mükafat fondu olan yarışda qonşu ölkənin şərəfini gənc voleybolçular qoruyacaqlar. Əsas heyət üzvləri isə bu müddətdə italiyalı baş məşqçi Covanni Kapraranın rəhbərliyi altında Xorvatiyada təlim-məşq toplanışında olacaq. Azərbaycan milli komandasının da dəvət aldığı turnirdə Rusiya ilə yanaşı, İtaliya, Hollandiya, Almaniya, Avstraliya, Əlcəzair və Misir çıxış edəcək.
0