[b]“Qarabağ” “Atletiko”ya gücünü göstərdi”[/b]
20.10.2017 - 10:55
[b]“Qarabağ” “Atletiko”ya gücünü göstərdi”[/b]

“Maksim “Çelsi” ilə oyunu yüksək səviyyədə keçirdi. Ümumiyyətlə, bütün komandanın yaxşı oyunu ona kömək etdi”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın yarımmüdafiəçisi Maksim Qonalonun meneceri Frederik Querra deyib.

 

Agent Çempionlar Liqasının III turunda keçirilən “Çelsi” – “Roma” (3:3) qarşılaşmasından sonra fransalı futbolçunun oyununu dəyərləndirib.

 

O, İtaliya mətbuatına açıqlamasında Qonalonun “Qarabağ”la oyundakı səhvinə də toxunub və Azərbaycan çempionunu tərifləyib: “Qonalon hələ də “Roma”ya uyğunlaşma dövrünü keçir. Çünki İtaliya futbolu çox qəlizdi. “Çelsi” ilə görüşdən sonra hiss etdim ki, Qonalon özü də oyunundan məmnundu. Digər futbolçular kimi, o da fiziki gücünü yüksəltmək və komanda yoldaşlarına uyğunlaşmaq üçün oynamalıdı. Biz bilirdik ki, “Roma”da dərhal əsas heyətə düşmək çətin olacaq. Çünki həmin mövqedə Daniele De Rossi kimi “nəhəng sütun” çıxış edir. Ancaq Maksim də öz gücünə inanır. O, hər zaman oyunlarda əla statistik göstəricilərə imza atır. Hələ “Qarabağ”la qarşılaşmadan sonra ona sakit olmasını demişdim. Çünki Bakıdakı görüş sıradan bir oyun deyildi. Azərbaycan klubu “Atletiko”ya da öz gücünü göstərdi və sözlərimi təsdiqlədi”.

 

Qeyd edək ki, 3 turdan sonra “Roma” 5 xalla C qrupunda 2-ci pillədə qərarlaşıb.

0