[b]3 futbolçu İspaniya millisindən gedir?[/b]
20.10.2017 - 11:51
[b]3 futbolçu İspaniya millisindən gedir?[/b]

İspaniya millisinin aparıcı futbolçuları Serxio Ramos, Xerard Pike və Serxio Buskets yığmadan gedə bilərlər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, buna səbəb İspaniya Futbol Federasiyasının prezidenti Xuan Luis Larreanın qərarıdı.

 

Belə ki, Larrea millinin marketinq üzrə direktoru Xose Mari Klaramuntu istefaya göndərib. Futbolçular arasında ən çox sevilən federasiya rəsmisi olan Klaramuntla bağlı qərardan sonra adıçəkilən futbolçular xəbərdarlıq ediblər. Onlar Klaramuntun vəzifəsinə qaytarılmasını tələb ediblər.

 

İspaniyada artıq hər kəs futbolçuların bu istefaya rəsmi münasibətini gözləyir.

0