[b]Şeydayev “Qarabağ”dan ayrıla bilər – sabiq məşqçisi[/b]
20.10.2017 - 12:19
[b]Şeydayev “Qarabağ”dan ayrıla bilər – sabiq məşqçisi[/b]

“4 il “Zenit-2” komandasını çalışdırdım. Bu müddətdə çox futbolçu ilə birgə işlədim. Aralarında ən istedadlısı Ramil Şeydayev idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Zenit”in ikinci komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.

 

“Qarabağ”ın və Azərbaycan yığmasının formasını geyinən Ramil Şeydayevin keçmiş çalışdırıcısı Rusiya mətbuatına geniş müsahibə verib.

 

O, söhbət əsnasında Şeydayev haqda da danışıb. Radimov sabiq yetirməsini tərifləyib: “Onun kimi hücumçudan çox olmur. Ramilin gedişi həm “Zenit”, həm də Rusiya üçün böyük itki idi. Hələ də başa düşmürəm ki, o oğlanı necə buraxdıq? Əvvəlcə “Rubin”ə icarəyə yollandı. Həmin komandanın baş məşqçisi dəyişəndən sonra yeni futbolçular gəldi. Bu səbəbdən Ramil orda qalası olmadı. Şeydayev “Rubin”dən sınmış vəziyyətdə qayıtdı, bu, hiss olunurdu. Buna baxmayaraq, “Zenit-2”də 12 çempionat oyununda 10 qol vurdu. Həmin ilin yayında “Zenit”lə müqaviləsi başa çatdı”.

 

Ramili izlədiyini bildirən Radimov onun Azərbaycandakı karyerasından narazıdı: “Şeydayev indi “Qarabağ”ın ehtiyat oyunçular skamyasında əyləşir. Demək olar ki, meydana çıxmır. Bu klubda icarə əsasında çıxış edir, transfer hüququ isə “Trabzonspor”a məxsusdu. Onunla münasibətimiz həmişə yaxşı olub. Arada yazışırıq. Məncə, qərarına görə təəssüflənir. Əgər ona güvənən məşqçi ilə çalışsa, Ramildə hər şey alınacaq. Əks halda, bir klubdan digərinə keçəcək və beləcə Azərbaycanda yox ola bilər”.

 

 

 

 

0