[b]Avropa Liqasında 3-cü poker[/b]
20.10.2017 - 13:09
[b]Avropa Liqasında 3-cü poker[/b]

“Real Sosyedad”ın futbolçusu Vilyam Xose Avropa Liqasının tarixinə bir matçda 4 və daha çox qol vuran dördüncü oyunçu kimi düşüb. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner İspaniya təmsilçisinin “Vardar”la səfər oyununda fərqlənib.

 

26 yaşlı hücumçu qrup mərhələsinin III turunun səfər matçında 4 qol vurub. 6:0 hesablı qələbədə pay sahibi olan forvard Avropa Liqasında 3-cü pokerin müəllifi olub. Onadək Radamel Falkao “Porto”nun “Vilyareal” üzərində 5:1 (2010/11), Edinson Kavani “Napoli”nin “Dnepr” üzərində 4:2 (2012/13) hesablı qələbəsinə 4 qolla töhfə vermişdi.

 

4 və daha çox qol vuranların siyahısına isə Arits Aduris başçılıq edir. Yeganə penta-trikin müəllifi “Atletik”in ötən mövsüm “Genk” üzərində 5:3 hesablı qələbəsinin əsas memarı olub.

0