[b]“Qarabağ” "minimum" rekordunu təkrarladı[/b]
20.10.2017 - 15:45
[b]“Qarabağ” "minimum" rekordunu təkrarladı[/b]

“Qarabağ” Çempionlar Liqasının qrupundakı debüt mövsümündə I dövrəni başa vurub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz yarışın ilk yarısını 1 xalla tamamlayıb.

 

Qələbə qazana bilməyən Ağdam klubu avrokubokların qrupunda özünün ən uğursuz ilk dövrəsini keçirib. Bunadək 3 dəfə Avropa Liqasının qrupunda oynayan Qurban Qurbanovun yetirmələri hər dəfə ilk üç oyunda ən azı bir qələbə əldə etmişdi.

 

2014-cü ildə səfərdə “Dnepr”i, növbəti mövsümdə evdə “Anderlext”i 1:0 hesabı ilə yenən “Qarabağ” ötən il PAOK-u 2 cavabsız qolla yenmişdi. Bu dəfə isə əyalət klubu ilk üç matçda qalib gələ bilməyib.

 

Ümumiyyətlə isə Azərbaycan klublarının avrokubokların qrupundakı çıxışlarına nəzər salsaq, “Qarabağ” bu il I dövrədə ən az qol vurmaq rekordunu təkrarlayıb və ən çox top buraxmaq antirekorduna imza atıb. Lakin əvvəlki 6 qrup mərhələsi Avropa Liqasında, bu il isə ilk dəfə Çempionlar Liqasında gerçəkləşib.

 

2012/13 (AL)

Neftçi

3

0

1

2

1-4

1

2014/15 (AL)

Qarabağ

3

1

1

1

1-2

4

2015/16 (AL)

Qarabağ

3

1

0

2

2-4

3

2015/16 (AL)

Qəbələ

3

0

1

2

2-5

1

2016/17 (AL)

Qarabağ

3

1

1

1

5-7

4

2016/17 (AL)

Qəbələ

3

0

0

3

3-7

0

2017/18 (ÇL)

Qarabağ

3

0

1

2

1-8

1

 

0