[b]Avropa Liqasında turun futbolçusu müəyyənləşdi[/b]
20.10.2017 - 17:15
[b]Avropa Liqasında turun futbolçusu müəyyənləşdi[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu bəlli olub. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı oxucuları arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

 

Rumıniyanın “Styaua” klubunun üzvü Harlem Nyoer səslərin 64 faizini toplayıb. O, İsrailin “Hapoel” (Beyer Şeva) komandası ilə qarşılaşmadakı oyununa görə ən yaxşı adına yiyələnib.

 

“Zenit”in legioneri Emiliano Riqoni 2-ci olub. O, səslərin 17 faizini yığıb. AEK-in qapıçısı Yannis Anestis isə 12 faiz səslə ilk “üçlüy”ü qapayıb.

0