[b]Vətəndaşlığa yenidən baxılması üçün FİFA-ya müraciət olundu[/b]
20.10.2017 - 18:32
[b]Vətəndaşlığa yenidən baxılması üçün FİFA-ya müraciət olundu[/b]

Şimali, Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi Futbol Konfederasiyasının prezidenti Viktor Montalyani yeni ideya ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, qurum başçısı FİFA-nın futbol vətəndaşlığı ilə bağlı qaydaları dəyişməyə çağırıb.

 

Montalyani bir yığmada oynamış futbolçunun digər komandada çıxış etməsinə qoyulan qadağanın aradan qalxmasını istəyir. Onun sözlərinə görə, son illərdə dünya futbolunda çox şey dəyişib və bu üzdən vətəndaşlıq məsələsinə yenidən baxılmalıdı.

 

Eyni zamanda, Kabo-Verde Futbol Federasiyası da ona dəstək olub. Onlar öz millisində bir neçə oyun keçirən, lakin bir də belə şans qazanmaq imkanı olmayanlara, başqa yığmada özünü göstərmək şansının verilməsinin tərəfdarıdı. 

0