SİZİN REKLAM BURADA

“Səbail”in kapitanı davadan danışdı: …sonra mənə əl atdı – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının IX turunda “İnter”i qəbul edən “Səbail” mövsümdə üçüncü qələbəsini qazanıb. Oyun zamanı debütantın kapitanı ilə müdafiəçisi arasında gərgin anların yaşanması diqqətləri çəkən əsas məqamlardan biri oldu. Matçdan sonra “Səbail”in kapitanı Elton Yaqublu apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qələbə sayəsində birinci dövrədəki məğlubiyyətin revanşını aldığınızı iddia etmək olarmı?

- Son oyunlarda məğlub olmuşduq. Xüsusilə də “Neftçi”yə qarşı çox pis oynadıq. Buna görə də məsuliyyətimiz böyük idi. Həftə ərzində məşqlərdə ancaq qələbə haqda düşünürdük. Bu gün bütün komanda yoldaşların buna nail olmağımız üçün çox çalışdı. “İnter” kimi rəqibi məğlub etmək bizi ancaq sevindirə bilər.

 

- “İnter”də maddi durumla bağlı problemlərin olması işinizə yaradı, demək olarmı?

- Onların maliyyə ilə bağlı problemlərinin olduğunu biz də eşitmişdik. Ancaq heyətlərində yer alan futbolçuların hamısı peşəkardı. Əksəri tanıdığımız uşaqlardı. Ola bilər, bu amil hardasa təsir etsin, amma meydanda bunun təsirini görmədik. Daha aqressiv oynayırdılar, qələbə qazanmaq istəyirdilər.

 

- Meydanda çox aqressiv idiniz. Komanda yoldaşlarınıza tez-tez qışqırırdınız. Nədən narazı idiniz?

- Əsəbi deyildim. “Neftçi” ilə oyunun gedişində bütün epizodlarda asanlıqla məğlub olurduq. Söhbət həmin qarşılaşmada mənim meydana çıxmamağımdan getmir. Baş məşqçimiz də tapşırmışdı ki, aqressiv oynayın. Komandada ən aparıcı oyunçular mənəm, Vüqardı. Biz də ab-havanı qorumağa çalışırıq. Nə olsun ki, biz Premyer Liqanın debütantıyıq. Gələn-gedən bizi asanlıqla məğlub etməməlidi ki. Məsuliyyətimi dərk edirəm, bunu komanda yoldaşlarıma da ötürməyə çalışıram. Biri orda, biri burda səhv eləsin, mən də qoşulum onlara, belə oynamaq olmaz. Baş məşqçimiz necə aqressivdirsə, bizdən də bunu tələb edir. Oyun zamanı bunu futbolçulara mən çatdıra bilərəm. Çempionatın heyətinə görə ən gənc komandası bizik. Uşaqlara meydanda kimsə tapşırıq verməlidi. Qələbə qazanmağımızda bəlkə qışqırmağımın də xeyri oldu.

 

- Deyilənlərə görə, klub rəhbərliyi ilə dostsunuz və bundan komanda yoldaşlarınıza qarşı istifadə edirsiniz?

- Klub rəhbərliyi ilə dostluq münasibətimiz varsa, bu, mənə kiməsə qışqırmağa əsas vermir. Məni tanıyırlar, belə məqamlardan istifadə edən insan deyiləm. Hər kəslə münasibətimiz əldı. Legionerləri tez-tez restorana aparıram, ab-havanı qorumağa çalışıram. Nurlan Novruzova da qışqırdım, o da səhvini başa düşüb, razılaşdı. Konkret məlum məsələyə gəldikdə, bəlkə Jarjue ilə anlaşılmazlıq vaxtı səhv məndə olub, meydanda başqa cür görünür, onu bilmirəm. Baş məşqçi qərar verəcək.

 

- Samir müəllim məsələni müzakirə edəcəklərini deyib…

- O, heç kimə göz yummur. Ötən tur “Neftçi”yə qarşı oynamadım. Çünki məşqə gecikmişdim. O da məni cəzalandırdı və ehtiyatda saxladı. Bu komanda üzvlərinə də bir dərs oldu ki, kimliyindən asılı olmayaraq, hər kəsə cəza tətbiq olunur. Artıq hərəkət etsəm, bilirəm ki, baş məşqçi məni cəzasız qoymayacaq.

 

- Maraqlıdı, nə dediniz ki, Maudo belə sərt reaksiya verdi?

- İngilis dilini bilmirəm, ingiliscə 2-3 söz bilirəm. Ona 1-2 söz dedim. Əvvəlki epizodda da topu elə vurmuşdu və həmin vaxt ona etirazımı bildirdim. 18 yaşı var, perspektivli futbolçudu, istəyirəm daha yaxşı çıxış etsin. Bəzən tərcüməçi vasitəsilə ona deyirəm ki, yaxşı oynasan, daha güclü klublardan birinə keçə bilərsən. Ona 1-2 söz dedim, qəbul etmədi. Necə olduğuna təkrarda da baxacam. Bilirəm ki, ona söz dedikdən sonra mənə əl atdı. Canlı yayım olduğuna görə, öz-özümə dedim səbr edəcəm. Nə olacaq, baş məşqçi qərar verəcək.

 

- Bəs oyundan sonra paltardəyişmə otağında söhbətiniz oldu?

- Baş məşqçi danışdı. Dedi, sakitləşin. Əlimizi sıxdıq, cəzamız nədi, qəbul edəcəyik. Klubda söz sahibi mən deyiləm. Yenə deyirəm, “Neftçi” ilə oyundan əvvəl cəzalandırılmağım bunun sübutudu.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10