[b]“Neftçi”dən ardıcıl 3-cü qələbə, “Zirə”nin ilk məğlubiyyəti - YENİLƏNİB[/b]
21.10.2017 - 18:55
[b]“Neftçi”dən ardıcıl 3-cü qələbə, “Zirə”nin ilk məğlubiyyəti - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, turun ikinci günü “Neftçi”nin matçı ilə başlayıb.

 

Ardıcıl iki qələbə ilə durumunu yaxşılaşdıran Tərlan Əhmədovun yetirmələri “Kəpəz”in qonağı olub. Autsayder mövsümdə ilk dəfə doğma Gəncə stadionuna çıxıb. Azərbaycanın ən köklü iki klubunun dueli “ağ-qaralar” üçün irəliləmək şansı idi. Qarşılıqlı hücumlarla keçən görüşün taleyini 1 qol həll edib. Belə ki, kapitan Ruslan Abışovun yeganə qolu sayəsində növbəti qələbəni qazanan “Neftçi” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

 

Günün digər oyununda “Sumqayıt”ın qonağı olan “Zirə” ən azı bir günlük zirvəni ələ keçirmək imkanı əldə etmişdi. Ayxan Abbasovun yetirmələrinə liderliyə şərik olmaq üçün 1 xal da kifayət edirdi. Cari mövsümdə uduzmayan bakılılar ilk yenilgilərini Sumqayıtda alıblar. “Sumqayıt” isə qalibiyyət sayəsində 2-ci pillədəki rəqibi ilə aradakı xal fərqini 5-ə endirib.

 

Azərbaycan Premyer Liqası

IX tur

21 oktyabr (şənbə)

 

“Sumqayıt” – “Zirə” - 2:1

Qollar: Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt şəhər stadionu

Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov 
Baş məşqçi: Samir Abasov

“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 9. David Manqa, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 20. Camal Camalov, 39. Sadiq Quliyev, 74. Yusif Nəbiyev, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov

 

 

“Kəpəz” – “Neftçi” - 0:1

Qol: Ruslan Abışov, 41

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Namiq  Məstanov

Hakim-inspektor: Xaqani  Məmmədov

Gəncə şəhər stadionu

“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 14. Fərid Məmmədov, 24. Məhəmməd Qurbanov, 7. Sergey Çernişev, 8. Viktor Oseqeyl 
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 18. Tural Cəlilov, 10. Tural Rzayev, 17. Əli Səmədov, 19. Aydın Qasımov, 2. Yusif Cəfərov, 12. İlyas Səfərzadə, 16. Azər Məmmədov
Baş məşqçi: Şahin Diniyev

“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 6. Rəşad Sadiqov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas
Ehtiyat oyunçular: 44. Sənan Əlizadə, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 22. Mirabdulla Abbasov, 11. İqnasio Errera, 16. Pavel Dreksa, 12. Daniel Seqovia, 3. Mateo Mujek
Baş məşqçi: Tərlan Əhmədov

 

 

Turnir cədvəli

 

1

Qarabağ

7

6

1

0

14-3

19

2

Zirə

9

5

3

1

16-7

18

3

Qəbələ

8

5

1

2

11-8

16

4

Sumqayıt

9

4

1

4

10-12

13

5

Neftçi

9

3

1

5

10-9

10

6

Səbail

8

3

0

5

5-12

9

7

İnter

9

2

2

5

7-12

8

8

Kəpəz

9

1

1

7

5-15

4

 

Bombardir: Mahir Mədətov ("Qarabağ") - 5 qol

0